Nizami Paşayev 10 il sonra dünya çempionu oldu

nizami-pasayev-10-il-sonra-dunya-cempionu-oldu
Oxunma sayı: 3955

Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayev 10 ildən sonra 3 qat dünya çempionu adını qazanıb. "Qafqazinfo"ya Azərbaycan Ağır Atletika federasiyasından verilən məlumata görə, buna səbəb 2009-cu ildə Cənubi Koreyada keçirilən mundialın qalibi Vladimir Sedovun dopinqə yaxalanmasıdır. 

2008-ci ildə Pekin Yay Olimpiya oyunlarında ondan testin yenidən analizi zamanı müsbət nəticənin ortaya çıxmasıdır. 

Buna görə də Sedovun 2016-cı ilə qədərki bütün nəticələri ləğv edilib.  Bununla da Paşayev 3-cü dəfə dünya çempionu olub.  Nizami Paşayev belə nəticə ilə ağırlıqqaldırma tarixində rekorda imza atıb. 
Qeyd edək ki, Nizami Paşayev 2002 və 2009-cu illərdə də dünya çempionu olub.