Nizami Rayon Mühafizə Polisindən növbəti uğurlu əməliyyat

nizami-rayon-muhafize-polisinden-novbeti-ugurlu-emeliyyat
Oxunma sayı: 3038

Paytaxtda məşhur supermarketlər şəbəkəsində oğurluq hadisəsi baş verib. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, hadisə mayın 7-də saat 15:10 radələrində Nizami Rayon Mühafizə Polisi tərəfindən qorunan B. Nuriyev 56 ünvanında yerləşən “Grand Market”də yaşanıb.

Belə ki, supermarketlər şəbəkəsindən daxil olan həyəcan siqnalı əsasında dərhal hadisə yerinə idarənin əməliyyat qrupunda xidmət aparan polis serjantları İmanov Bəhruz və İbrahimov Sərxan yollanıb. 1968-ci il təvəllüdlü Naxçıvan sakini Alıyev Alı Məmməd oğlu və 1984-cü il təvəllüdlü Bakı sakini Babayev Mehman Nazim oğlu marketdən oğurluq edən zaman yaxalanıb.

Əməliyyat qrupu tərəfindən hadisə yerində saxlanılan şəxslər Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə təhvil verilib.