Nizami rayonunda aztəminatlı ailələrə ərzaq payları verilir - Foto

nizami-rayonunda-azteminatli-ailelere-erzaq-paylari-verilir
Oxunma sayı: 985

Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin sosial müdafiəsi diqqət mərkəzində saxlanılır.

“Qafqazinfo” xəbər verir ki, ölkədə tətbiq olunan xüsusi karantin rejimi dövründə rayonda yaşı 65-dən yuxarı olan vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq, tənha yaşayan ahıl şəxslərə, eyni zamanda, aztəminatlı ailələrə də yardımlar edilir, həmçinin onlarla profilaktik söhbətlər aparılır.

13 aprel 2020-ci il tarixində Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən növbəti dəfə bu kateqoriyadan olan 50 ailəyə yardım sovqatı verilib.

Rayonda aztəminatlı ailələrə ərzaq paylarının verilməsi davam etdirilir.