Nizami rayonunda da dezinfeksiya işləri davam etdirilir - Fotolar

Nizami rayonunda da dezinfeksiya işləri davam etdirilir
Oxunma sayı: 993

“COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində hər gün dezinfeksiya işləri aparılır.

"Qafqazinfo"nun məlumatına görə, bu gün “Heydər Bağı” park-bulvarın B.Nuriyev və Naxçıvanski küçələrində yerləşən hissələri, Rüstəmov küçəsindəki, Q.Qarayev prospekti 81, Ş.Mirzəyev küçəsi 58 və 76 ünvanlarındakı parklar dezinfeksiya olunub, Naxçıvanski küçəsində yerləşən kənd təsərrüfatı məhsullarının satışı aparılan bazarlarda da mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

Eyni zamanda, rayon ərazisində, o cümlədən Keşlə qəsəbəsində fərdi yaşayış evlərinin həyətləri, çoxmənzilli yaşayış binalarının pilləkən qəfəsələri, zibil meydançaları, məhəllədaxili yollar və səkilərdə dezinfeksiya işləri aparılıb.

Bundan əlavə, vətəndaşların maarifləndirilməsi istiqamətində müxtəlif ünvanlarda “Koronavirusa yoluxma riskini azaltmaq üçün nə etməli” adlı vərəqələr vurulub.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi