Nizami rayonunda da Heydər Əliyev yad edildi - Foto

nizami-rayonunda-da-heyder-eliyev-yad-edildi
Oxunma sayı: 971

Bu gün Nizami Rayon İcra Hakimiyyətində ulu öndər Heydər Əliyevin anım günü münasibətilə “Müstəqil Vətənin memarı – ölməz dahi şəxsiyyət” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə müəssisələrinin, ictimai təşkilatların rəhbərləri iştirak ediblər.

Öncə İcra Hakimiyyətinin foyesindəki Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb. Tədbirdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ölkəmizin siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətləri olan Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında xilaskar dövlət xadimi kimi qaldığını və bundan sonra da qalacağını vurğulayıb: 

“Dünyanın nadir, unikal, seçilən siyasət adamı, fenomenal şəxsiyyət olan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkə hərtərəfli inkişafa nail olub Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır”.

Tədbirdə Sədaqət Vəliyeva çıxış edərək Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin ideloji-siyasi əsaslarını yaratdığını və öz xalqını həqiqi müstəqilliyə qovuşdurmaqla ictimai şüurda əbədiyaşarlıq hüququnu qazandığını söyləyib.

Tədbir Heydər Əliyevə həsr edilmiş “Müstəqil Vətənin memarı” adlı filmin nümayişi ilə davam edib.