Nizami rayonunda ehtiyacı olanlara ərzaq köməkliyi davam etdirilir - Foto

nizami-rayonunda-ehtiyaci-olanlara-erzaq-komekliyi-davam-etdirilir
Oxunma sayı: 786

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkədə tətbiq olunan xüsusi karantin rejimi dövründə də aztəminatlı ailələrin sosial müdafiəsi diqqət mərkəzində saxlanılır.

“Qafqazinfo” xəbər verir ki, Nizami rayonunda yaşı 65-dən yuxarı olan vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq, tənha yaşayan ahıl şəxslərə, eyni zamanda, imtiyazlı və aztəminatlı ailələrə ərzaq köməkliyi davam etdirilir.

Ötən gün Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən növbəti dəfə ehtiyacı olan 60 ailə ziyarət edilib və onlara ərzaq bağlamaları verilib.

Sakinlər razılıqlarını ifadə edərək, diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkür ediblər.