Nizami rayonunda Gənclər Günü qeyd olundu - Fotolar

nizami-rayonunda-gencler-gunu-qeyd-olundu
Oxunma sayı: 1013

Nizami Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı ilə birgə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda tədbir keçirib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov bildirib ki, 2 fevral - Azərbaycan Gəncləri Günü gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Vurğulanıb ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmiş gənclərə vəsiqələr təqdim olunub, rayon təşkilatının könüllülük proqramlarında, eləcə də sosial-ictimai həyatda fəal iştirakına görə bir qrup gənc sertifikatlar, fəxri fərmanlar ilə təltif ediliblər. Həmçinin qazilərə və şəhid ailələrinin nümayəndələrinə hədiyyələr təqdim olunub.