Nizami rayonunda mübarək Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, iftar süfrəsində Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, dini icmaların və ictimai təşkilatların rəhbərləri, Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək Ramazan ayının milli-mənəvi dəyərlərimizdə xüsusi yeri olduğunu bildirib və qarşıdan gələn Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, şəhidlərimizə rəhmət diləyib, qazilərə can sağlığı arzulayıb.
Vurğulanıb ki, bu il ilk dəfədir ki, Ali Baş Komandan İlham Əliyevin böyük hərbi-siyasi diplomatiyası, qətiyyəti və müzəffər Ordumuzun şücaəti sayəsində tam ərazi bütövlüyü təmin olunub və Azərbaycanın hər bir diyarında şanlı zəfərin təntənəsi ilə yaşayan xalqımız mübarək Ramazan bayramını daha böyük ruh yüksəkliyi ilə qeyd edir.
Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan duası ilə iftar süfrəsi açılıb.
Mərasim süfrə duası ilə yekunlaşıb.





Son xəbərlər
Son Xəbərlər