Nizami rayonunda koronavirusa qarşı mübarizə davam etdirilir

Nizami rayonunda koronavirusa qarşı mübarizə davam etdirilir
Oxunma sayı: 990

Dünən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov Rayon İcra Hakimiyyətində yaradılan Operativ  Qərargah üzvləri ilə birgə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl olunması ilə bağlı növbəti reydlər keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, reydlər zamanı ərzaq mağazalarında, fəaliyyətinə icazə verilən ticarət və xidmət obyektlərində, eləcə də apteklərdə sanitar-gigiyenik qaydalara ciddi əməl olunması, sosial məsafənin gözlənilməsi və tibbi maskalardan istifadə edilməsi barədə bir daha xəbərdarlıq edilib, tətbiq olunan tələblərə riayət etməyən obyekt sahibləri barədə qanunamüvafiq  tədbirlərin görüləcəyi bildirilib.

Eyni zamanda, Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar tərəfindən də rayon ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən tələb və tövsiyələrin icrasına nəzarət məqsədilə reydlər aparılıb, əhali arasında maarifləndirmə işləri həyata keçirilib.

Qeyd edək ki, rayon ərazisində reydlər gündəlik olaraq aparılır.






Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi