Bu gün Nizami Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi ilə birgə “Nizami rayonu üzrə Mülki müdafiənin vəziyyəti” mövzusunda toplantı keçirilib.
"Qafqazinfo" xəbər verir ki, toplantıda Rayon İcra Hakimiyyətinin və Bakı Regional Mərkəzinin əməkdaşları, yerli özünüidarəetmə orqanlarının, eləcə də xidmət sahələrinin, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri iştirak ediblər.
Toplantını açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qərib Məmmədov rayonda mülki müdafiə sahəsindəki mövcud vəziyyət, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlər, eləcə də qarşıda duran vəzifələr barədə çıxış edib.


Son xəbərlər
Son Xəbərlər