Nizami rayonunda “Qurtuluşdan Zəfərə aparan yol” mövzusunda konfrans keçirildi

nizami-rayonunda-qurtulusdan-zefere-aparan-yol-movzusunda-konfrans-kecirildi
Oxunma sayı: 1511

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan Zəfərə aparan yol” mövzusunda konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda Milli Məclisin deputatları, tarixçi alimlər, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxışında qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyi tarixinin başlanğıcı sayılan Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir:

“Ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinə başladığı 15 iyunda müstəqil Azərbaycan dövlətinin və xalqının həyatında tamamilə yeni bir dövrə qədəm qoyuldu. Ulu öndər Heydər Əliyevi hakimiyyətə qayıtdıqdan sonra zəngin dövlətçilik təcrübəsinə və ümummilli maraqlara əsaslanaraq ölkəmizi siyasi böhrandan xilas etdi, müstəqilliyimizin məhv olması, ölkəmizin parçalanması, daxili və xarici qüvvələrin məkrli oyunlarının qarşısını böyük məharətlə aldı. 15 İyun – Milli Qurtuluş Günündən başlayan böyük siyasi kurs Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir”.

Tədbirdə, həmçinin millət vəkilləri, tarixçi alimlər, Vətən müharibəsi qazisi, rayon ictimaiyyət nümayəndələri çıxış ediblər.