Nizami Səfərov Məhkəmə-Hüquq Şurasına üzv təyin edildi

Nizami Səfərov Məhkəmə-Hüquq Şurasına üzv təyin edildi
Oxunma sayı: 747

Milli Məclisin deputatı Nizami Səfərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məsələ “N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında” parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. 

Qeyd edək ki, sənəd səsverməyə çıxarılaraq qəbul edilib. 

Günel Türksoy