Nizami Səfərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin ediləcək

nizami-seferov-mehkeme-huquq-surasinin-uzvu-teyin-edilecek
Oxunma sayı: 2576

Milli Məclisin deputatı Nizami Səfərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında” sənəd parlamentin fevralın 23-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. 

Qeyd edək ki, N. Səfərov MM-nin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.  O, Prezident tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı  və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Günel Türksoy