Nizamidə hesabat yığıncağı - Fotolar

nizamide-hesabat-yigincagi
Oxunma sayı: 1109

Bu gün Nizami Rayon İcra Hakimiyyətində rayonun 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yığıncaqda Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilat, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının rəhbərləri iştirak ediblər.

Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq ilin əvvəlindən 60 min yeni iş yeri açıldığını, işsizliyin aşağı səviyyədə olması üçün ödənişli ictimai iş yerlərinin yaradılması istiqamətində önəmli addımlar atıldığını və təxminən 40 minə yaxın ödənişli ictimai iş yeri yaradıldığını qeyd etdiyini bildirib.

Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 2019-cu ilin birinci yarısında Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabatla çıxış edib. G.İsrafilova ictimai-siyasi və humanitar, xidmət və təsərrüfat sahələri üzrə görülən işlər barədə də hesabat verib.

Çıxışlardan sonra, A.Qasımov prezidenti İlham Əliyevin 22 iyun 2019-cu il tarixli Sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunan Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qara Qarakişiyevə “Dövlət qulluğunda fərqlənməyə” görə medalını təqdim edib.

Yığıncağa yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını verib.