Mayın 10-da may müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri və ictimaiyyət nümayəndələri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
“Qafqazinfo” xəbər verir ki, daha sonra “Yeni Klinika”da Nizami Rayon İcra Hakimiyyətinin və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirilib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Ulu Öndər Heydər Əliyevin parlaq fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib.
Qeyd olunub ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Heydər Əliyevin 34 illik fəaliyyəti tariximizin şanlı səhifəsi, Azərbaycanın inkişaf və tərəqqi səlnaməsi, hər anı böyük uğurlar və nailiyyətlərlə ölçülən təkrarolunmaz siyasi məktəb və onun zəngin, çoxşaxəli irsi xalqımızın milli sərvətidir. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
Xüsusilə vurğulanıb ki, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər