Nizamidə Heydər Əliyevin xatirəsi anıldı - Fotolar

nizamide-heyder-eliyevin-xatiresi-anildi
Oxunma sayı: 1813

Nizami Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Ulu Öndəri xatırlayarkən: Qarabağlı Azərbaycan və ata vəsiyyətini yerinə yetirən oğul” adlı konfrans keçirib.

“Qafqazinfo” xəbər verir ki, konfransda ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ümummilli liderin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Konfransda çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Milli Məclisin deputatları: Sədaqət Vəliyeva, Könül Nurullayeva, Rasim Musabəyov və başqaları bildiriblər ki, Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir.

Çıxışlardan sonra konfransda mükafatlandırma mərasimi keçirilib.