Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nizami rayonunda sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, rayon ərazisində sanitar-dezinfeksiya işləri aparılıb, küçələr xüsusi dezinfeksiyaedici maddələrlə yuyulub, yaşayış binalarının pilləkən qəfəsələri, məhəllələrdəki uşaq-əyləncə qurğuları, idman meydançaları, istirahət parkları dezinfeksiya olunub.
Bundan əlavə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün qabaqlıyıcı tədbirlərə uyğun olaraq rayon icra hakimiyyətində yaradılan müvafiq qruplar tərəfindən binalarda, ictimai yerlərdə sanitar-dezinfeksiya işlərinin mütəmadi aparılmasına nəzarət edilir.
Eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi iclasda verilən tapşırıga uyğun olaraq, rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir, habelə ərazidə sakinlərlə fərdi izahatetmə-xəbərdarlıq işləri aparılır.




Son xəbərlər
Son Xəbərlər