Nizamidə “Varlığımsan, Azərbaycan!” mövzusunda rəsm müsabiqəsi keçirildi - Fotolar

nizamide-varligimsan-azerbaycan-movzusunda-resm-musabiqesi-kecirildi
Oxunma sayı: 1454

Nizami Rayon İcra Hakimiyyətinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Varlığımsan, Azərbaycan” adlı rayon məktəblilərinin rəsm müsabiqəsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə qonaqlar, rayon ictimaiyyətinin nümayəndələri, təhsil müəssisələrinin kollektivləri, məktəblilər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin portretlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov açaraq qeyd edib ki, “Ulu Öndərimiz Heydər Əliyevin anadan olduğu 10 may təqvimimizə əbədi həkk olunmuş tarixi bir gündür: “Heydər Əliyev Azərbaycanın ən yeni tarixini yazan və yaradan dahi şəxsiyyət, müdrik rəhbər və görkəmli dövlət xadimidir.  Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanımız Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, möhkəmlənir. Ulu Öndərimizin siyasi kursu möhtərəm Prezidentimiz tərəfindən bütün sahələrdə çox uğurla davam etdirilir. Xalqımız artıq ikinci ildir ki, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbəmizin təntənəsini yaşayır. 

Bu gün möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir və əminik ki, tezliklə həmin ərazilərimiz də Azərbaycanın digər regionları kimi əsl cənnətə çevriləcək”. 

Müsabiqənin şərtləri barədə ümumi məlumat verildikdən sonra müsabiqəyə start verilib.

Tədbirdə 11-13 və 14-17 yaş kateqoriyaları üzrə hər yaş kateqoriyasını 16 nəfər təmsil etməklə 32 nəfər məktəbli iştirak edib.