Fövqəladə Hallar Nazirliyi Nizami rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.
“Qafqazinfo” xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 15 m² sahədə məişət tullantısı yanıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib və 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər