Nobel mükafatçısı dünyasını dəyişdi

nobel-mukafatcisi-dunyasini-deyisdi
Oxunma sayı: 800

ABŞ-da fizika üzrə Nobel mükafatı laureatı Marri Qell-Mann 89 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, alim evində vəfat edib.

Qeyd edək ki, Marri Qell-Mann 1969-cu ildə elementar hissəciklərin təsnifatı və onların qarşılıqlı təsiri ilə bağlı Nobel alıb. Bundan başqa, o, fizika sahəsində mezonların parçalanmasını anlamağa kömək edən kvant ədədi “qəribəliyi”ni elmə gətirib.