Nobel mükafatçısı dünyasını dəyişdi

nobel-mukafatcisi-dunyasini-deyisdi
Oxunma sayı: 1129

Fransalı məşhur virusoloq, Nobel mükafatı laureatı Lyuk Montanye 89 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Monde” qəzeti yazıb. Qeyd olunur ki, Montanye fevralın 8-də Paris yaxınlığındakı Neyi-sur-Sen şəhərində vəfat edib.

Qeyd edək ki, Montanye alim həmkarı Fransua Barre-Sinussi ilə birlikdə 1983-cü ildə insanın immun çatışmazlığı retrovirusunu (HİV) kəşf etmiş və ona görə 2008-ci ildə tibb üzrə Nobel mükafatı alıblar.