Nobel mükafatçısı öldü

Nobel mükafatçısı öldü
Oxunma sayı: 1322

2010-cu ildə Kimya üzrə Nobel mükafatı laureatı, yaponiyalı alim Eyiti Neqisi 85 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə alimin işlədiyi İndianadakı Perdyu Universitetinin administrasiyası məlumat yayıb. Neqisi təbiətdə olduğu kimi mürəkkəb kimyəvi birləşmələri yaradan metodun hazırlanmasına görə Riçard Hik (ABŞ) və Akira Sudzuki (Yaponiya) ilə birlikdə Nobel mükafatına layiq görülmüşdü.

O, 1979-cu ildən Perdyu Universitetində çalışıb.