Yəmənli “Nobel” mükafatçısı və jurnalist Təvəkkül Karman Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrini sərt tənqid etdiyi üçün sanksiya ilə üzləşib.
“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanı və BƏƏ-ni işğalçı adlandırıb və Yəməndə zülmü davam etdirdiklərini bildirib.
Bu açıqlamasına görə, T.Karmanın “İslah” partiyasındakı üzvlüyü ləğv edilib.
Xatırladaq ki, Karman 2011-ci ildə Nobel Sülh Mükafatını qazanan 3 qadından biri olub.
Qeyd edək ki, 3 ildir Yəmənə edilən təcavüz nəticəsində 13 mindən çox insan ölüb, 20 mindən çox insan isə yaralanıb.
Son xəbərlər
Son Xəbərlər