İsveç Akademiyası 2018 və 2019-cu illər ədəbiyyat üzrə Nobel mükafatına laureatların adlarını açıqlayıb.
“Qafqazinfo”nun xəbərinə görə, polşalı yazıçı Olqa Tokarçuk 2018-ci il, avstriyalı yazıçı Peter Handke isə 2019-cu il ədəbiyyat üzrə Nobel mükafatının sahibi olub.
Laureatların təltif olunma mərasimi 10 dekabrda- isveçli sahibkar və ixtiraçı Alfred Nobelin vəfatı günü Stokholmda keçiriləcək.
Bu il verilən hər mükafatın miqdarı 9 milyon İsveç kronudur (900 min dollardan çox).
Xatırladaq ki, keçən il ədəbiyyat üzrə Nobel mükafatı qalmaqalla əlaqədar olaraq ləğv edilmişdi. Belə ki, İsveçin məşhur mədəniyyət xadimi, Akademiya üzvü Katarina Frostensonun həyat yoldaşı Jan-Klod Arno cinsi təcavüzdə ittiham olunmuşdu.