Nobel prospektində aşan “BMW”nin sürücüsü öldü

nobel-prospektinde-asan-bmwnin-surucusu-oldu
Oxunma sayı: 2597

Xətai rayonunun Nobel prospektində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza iyunun 9-da saat 5 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini Tofiq Mütəllimov idarə etdiyi “BMW” markalı avtomobili aşırıb. Nəticədə xəsarət almış T.Mütəllimov və sərnişini Q.Mirişli xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.