Nobel prospektində yenilik

nobel-prospektinde-yenilik
Oxunma sayı: 1396


“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, Nobel prospektinin üç gündür bağlı olan hissəsində bu gün axşamdan etibarən nəqliyyat vasitələrinin hərəkətinin bərpa edilməsi planlaşdırılır. Qeyd edək ki, ümumilikdə 13 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Artıq yol boyu 1400 paqon-metr səki daşı dəyişdirilib. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib, səth suların normal axıdılması üçün zəruri olan ərazilərdə yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilib.