Nobel prospektində yol bağlanır

nobel-prospektinde-yol-baglanir
Oxunma sayı: 1414


“Qafqazinfo” NİİM-nin saytına istinadən xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan Nobel prospektində (Zığ şossesi istiqamətində) yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

Sürücülərə alternativ olaraq Babək prospektindən istifadə etmələri tövsiyə olunur.