Mədəniyyət və Turizm Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən qısametrajlı film kompaniyanın Bakıdakı fəaliyyətindən bəhs edəcək.
“Postskriptum” adlı ekran əsərinin ssenari müəllifi Ramiz Fətəliyev və Emin Mirabdullayev, rejissoru Emin Mirabdullayevdir. Baş rolu - Robert Nobeli aktyor Azər Aydəmir canlandırır. Həmçinin əməkdar artistlər Ayşad Məmmədov, Eldar Bağırbəyov və digərləri də qısametrajlı filmdə rol alıb.
Qeyd edək ki, film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə fəaliyyətini özündə əks etdirir.
Son xəbərlər
Son Xəbərlər