Qəbələnin Nohurqışlaq kəndində Nohur gölündə (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfər batıb.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1985-ci il təvəllüdlü İsayev Fərid İkram oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Son xəbərlər
Son Xəbərlər