Nohurqışlaqdan keçən magistral yolda hərəkət bərpa olundu - Video

nohurqislaqdan-kecen-magistral-yolda-hereket-berpa-olundu
Oxunma sayı: 3017

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində 2  irigövdəli ağacın aşması və nəticədə magistiral yolun bağlanması barədə məlumat daxil olub.

Bu barədə “Qafqazinfo”ya FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacların hissələrə kəsilərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.