Finlandiyanın “Nokia” şirkəti Rusiya bazarını tərk edir.
“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət açıqlayıb.
Şirkət son həftələr ərzində Rusiyaya məhsul göndərilməsini dayandırıb və öz elmi-tədqiqat fəaliyyətini də bu ölkədən çıxarır.
Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatdan sonra çox sayda xarici şirkət Rusiya bazarını tərk edib.
Son xəbərlər
Son Xəbərlər