“Nokia” brendinə sahib olan Finlandiyanın HMD Global kompaniyası 3310 modelinin müasir versiyasını istehsal edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “VentureBeat” məlumat yayıb.
Yenilənmiş məşhur telefonun qiymətinin 59 avro olacağı güman edilir. Telefonun istehsalı ilə bağlı rəsmi açıqlamanın fevralın 27-də Barselonada təşkil olunacaq Mobile World Congress sərgisində veriləcəyi güman edilir.
Həmçinin “Nokia” 3 və “Nokia” 5 modellərinin də təqdimatı olacağı bildirilib.
Xatırladaq ki, 2000-ci ildə istehsal olunmağa başlayan “Nokia” 3310 modeli ən çox satılan telefonlardan olmuşdu.
Son xəbərlər
Son Xəbərlər