Nömrəsini oğurlayıb başqa maşına taxdılar

nomresini-ogurlayib-basqa-masina-taxdilar
Oxunma sayı: 1178

Sabunçu polisinə müraciət edən Ramana qəsəbə sakini Ə.Qasımov noyabrın 8-nə keçən gecə qəsəbə ərazisindən “QAZ-31029” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlandığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən dövlət qeydiyyat nişanlarının noyabrın 17-də Nərimanov rayonu Xətai prospektində “VAZ-2106” markalı avtomobilin üzərində olması müəyyən edilib.

Görülmüş tədbirlərlə həmin avtomobili idarə edən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Musayev nəqliyyat vasitəsi ilə birgə saxlanılıb.