Nöqsanları olan müəssisələr bağlanacaq

noqsanlari-olan-muessiseler-baglanacaq
Oxunma sayı: 664

SalamNews xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Starndartlaşdırma və texxniki tənzimlənmə üzrə dövlət nəzarəti xidmətinin rəisi Əbülfət İmanov bildirib.

Onun sözlərinə görə, xidmət tərəfindən yoxlama aparılıb və bir sıra tibb müəssisələrində ciddi nöqsanlar aşkar olunub. Bu nöqsanlar əsasən tibb müəssisələrində istifadə olunan metraloji avadanlığın metraloji nəzarətdən keçməməsi, orada istifadə olunan labaratoriyaların akreditə olunmamasıdır.

O deyib: "Əgər bizim tibb müəssisələrində labaratoriyalar fəaliyyət göstərirsə, həmin labaratoriyalar nəzarətdən keçməyibsə burada aparılan labarator analizlərin düzgünlüyünə şübhə yaranır. Ona görə də qısa müddətdə biz bir neçə müəssisədə yoxlama aparmışıq və aşkar olunan nöqsanlara görə tibb müəssisələri inzibati qaydada cəzalandırılıb. Bəzilərinə bir ay vaxt verilib. Əgər qəsa müddətdə labaratoriyaların, metraloji avadanlığın reysterdən qeydiyyatdan keçirməsələr həmin müəssisələrin fəaliyyətinin dayandırlmasına qədər iş aparacağıq".