Norilskdə matəm elan olundu

norilskde-matem-elan-olundu
Oxunma sayı: 3750

Rusiyanın Norilsk şəhərindəki dağ-xizək kurortunun yaxınlığında qar uçqunu nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq yanvarın 10-da şəhər ərazisində matəm elan olunub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidmətindən bildirilib.

Norilskin başçısı vəzifəsini icra edən Andrey Malkov matəmənin elan edilməsi haqqında sərəncam imzalayaıb. “Matəm günü Norilsk şəhərindəki bayraqlar endiriləcək”, - məlumatda deyilir.

Qeyd edək ki, qar uçqunu nəticəsində 38 yaşlı qadın və onun körpə uşağı və bir kişi həlak olub.