Rusiyanın Norilsk şəhərində dağ-xizək kompleksinin ərazisində qar uçqunu baş verib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nəticədə içərisində insanların olduğu beş ev qarın altında qalıb.
Hazırda qar altında qalanların sayı dəqiqləşdirilir və xilas edilmələri istiqamətində işlər aparılır. Hadisə yerinə Rusiya FHN-nin Sibir regionu üzrə bölmələri, 50 nəfər heyət və 3 texniki vasitə yollanıb.
***
Qar uçqunundan sonra dörd nəfərdən ibarət ailə sağ tapılıb. Bu barədə “TASS”a təcili xidmətlərdəki mənbə məlumat verib.
“Qar uçqununun altından daha iki nəfər özü çıxıb, axtarış əməliyyatı davam edir”, - agentliyin həmsöhbəti deyib.
***
Üç nəfər qar uçqununun altında qalmaqdadır, qarın altında qalan digər evlərdə isə insan olmayıb.
Bu barədə “TASS”a hadisə yerinə ilk gələn könüllülərdən biri - Maksim İnixov bildirib.
Son xəbərlər
Son Xəbərlər