“Norm” ilə Azərbaycandakı SLB şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - Fotolar

norm-ile-azerbaycandaki-slb-sirketi-arasinda-anlasma-memorandumu-imzalanib
Oxunma sayı: 1042

Cənubi Qafqazın ən iri sement istehsalçısı kimi 2013-cü ildən etibarən fəaliyyət göstərən “Norm” ASC ilə enerji sənayesində qlobal texnologiya lideri qismində ölkədə 25 ildən artıq müddət ərzində fəaliyyət göstərən Azərbaycandakı SLB şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, əməkdaşlıq çərçivəsində tərəflər arasında “Norm” sement zavodunun G sinif quyu-tamponaj sementinin istehsal imkanlarının birgə sınaqdan keçirilməsi və inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

“Norm” Amerika Neft İnstitutu (API) tərəfindən sertifikatlaşdırılıb və G sinif quyu-tamponaj sementi “Norm” sement zavodunda istehsal olunur. G sinif sement kimi məhsulların lokallaşdırılması iqtisadi inkişafın və genişlənmənin əsas hərəkətverici amillərindən biri olaraq, Azərbaycanın və Xəzəryanı ölkələrin neft-qaz sektoru üçün başlıca prioritetdir.

Memorandum həmçinin texniki sahədə əməkdaşlığa töhfə vermək, hər iki şirkətin laboratoriyaları arasında qarşılıqlı əlaqələrin qurulmasını təşviq etmək və müxtəlif yerli inkişaf imkanlarından istifadə

etmək məqsədi daşıyır. Azərbaycandakı SLB şirkəti ilə tərəfdaşlıq hər iki tərəfin ölkəyə verdiyi töhfəni və yerli sənayedə hazırkı istifadəsi ilə yanaşı, “Norm” ASC-nin G sinif quyu-tamponaj sementinin istehsal imkanlarının inkişaf etdirilməsini ifadə edir.

Azərbaycandakı SLB şirkəti qabaqcıl texnologiyalardan və innovasiyalardan istifadə edir və Azərbaycan Respublikasında milli və beynəlxalq səviyyədə fəaliyyət göstərən tanınmış enerji şirkətlərinin iştirak etdiyi iri neft və qaz layihələrində mühüm rol oynayır.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan “NEQSOL Holding”in tərkibinə daxildir.