“Normallaşma üçün KTMT müşahidəçilərinin iştirakı müzakirə edilir”

normallasma-ucun-ktmt-musahidecilerinin-istiraki-muzakire-edilir
Oxunma sayı: 1352

“Hazırda Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında əldə olunan razılaşmaların həyata keçirilməsi məqsədilə əlverişli şəraitin yaradılması üçün KTMT müşahidəçilərindən istifadə edilməsinin mümkünlüyü müzakirə edilir”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, hazırda əsas olaraq üç ölkə liderinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması, eləcə də tərəflər arasında sülh sazişinin imzalanmasına dair razılaşmaların həyata keçirilməsi məqsədilə KTMT müşahidəçilərindən istifadə olunmasının mümkünlüyü müzakirə olunur.