Norveç də ölkəyə girişi sərtləşdirir

norvec-de-olkeye-girisi-sertlesdirir
Oxunma sayı: 1900

Aprelin 1-dən etibarən Norveç hökuməti pandemiya ilə əlaqədar olaraq ölkəyə giriş tələblərini daha da sərtləşdirəcək.

"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

"1 apreldən ölkəyə girişdə verilən testin nəticələrini gözləyənlərdən sərhəddəki test stansiyasında cavab gözləmələri tələb olunacaq. İmtina edənlər cərimə ilə üzləşəcəklər", - məlumatda deyilir.