Norveç Rusiya ilə sərhədini hasarlayır

norvec-rusiya-ile-serhedini-hasarlayir
Oxunma sayı: 1118

Norveç hökuməti Rusiya ilə sərhədini hasarlayır.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın İctimai təhlükəsizlik və Ədliyyə Nazirliyi məlumat yayıb. Norveç hökumətinin sözlərinə görə, qərar qaçqınlarla bağlı vəziyyəti nəzarətə götürmək məqsədi ilə qəbul edilib. Hasarın birinci hissəsinin “Sturskuq-Borisoqlebsk” nəzarət-buraxılış məntəqəsində inşa olunacağı bildirilir. Divarın ümumi uzunluğu isə hələlik məlum deyil.

Norveç KİV-i xəbər verir ki, ötən ilin noyabrından Rusiyadan Norveçə beş mindən çox qaçqın gəlib.

Aysel Kərimova