Norveçdə Azərbaycan etno-caz konserti keçirilib

norvecde-azerbaycan-etno-caz-konserti-kecirilib
Oxunma sayı: 718


Diasporla İş üzrə Dövlət Komitəsindən "Qafqazinfo"ya daxil olan məlumata görə, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə Norveçin tanınmış Stovner kilsəsində gerçəkləşdiriliən və üç gün davam edən etno-caz konsertində "Cəngi" qrupu tamaşaçılara maraqlı musiqi proqramı təqdim edib. 

Konsertdə Azərbaycan Evinin musiqi bölməsinin rəhbəri, pianoçu Arzu Əliyevanın norveçli tələbəsi Edvin Knutsen pianoda "Cəngi" qrupunun üzvləri ilə birlikdə caz musiqisi ifa edib.

Etno-caz layihəsinin musiqimizi Avropada təbliğ etmək üçün maraqlı bir seçim olduğunu deyən Azərbaycan Evinin sədri Ramil Əliyev qeyd edib ki, bu cür proqramlar eyni zamanda azərbaycanlıların qədim və zəngin mədəni irsə malik olduğunu sübut edir. Diaspor rəhbəri gələcəkdə də Norveçdə Azərbaycan cazmenlərinin konsertini təşkil edəcəklərini deyib.