Belə ki, Helland oyunda komandasının hər iki qoluna imza atıb. Özü də 25 yaşlı futbolçu dublunu cəmi 4 dəqiqə ərzində reallaşdırıb. Bununla da, Pol cari mösümdə vurduğu qollarının sayını 8-ə çatdırıb. Təbii ki, Helland bu çıxışı ilə Norveç yığmasının məşqçilər korpusunun da nəzərindən qaçmayıb.
İyunun 12-si AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçiriləcək görüş üçün millinin düşərgəsinə çağırılan oyunçu haqda "Rusenborq"un məşqçisi Kore İnqebriqtsen maraqlı fikirlər səsləndirib: "Helland cümə günü Azərbaycanla görüşün start heyətində olmaqla meydanın mərkəzində çıxış etməlidir. Bir sözlə, Norveçə Helland lazımdı. Çünki o meydanda hər zaman özlüyündə ani nəsə yarada bilər. Düzdü, futbolçunun beynəlxalq təcrübəsi yoxdur".
Bu fikirlərlə ekspert və Norveç millisinin sabiq forvardı Şteffen İversen də razılaşıb: "Düşünürəm ki, Hellandı start "11-liy"inə qoymamaq yığmanın məşqçiləri üçün çox çətin olacaq. O mövsüm boyu yaxşı çıxış edir, hətta zədəli olduğu hallarda belə fantastikdir. Sol ayağı çox güclüdür".
Helland isə Azərbaycan yığması ilə bağlı bunları deyib: "Azərbaycanın sol cinahında çıxış edən müdafiəçi məni yaxşı mənada təəccübləndirə bilməz. Çünki Norveç çempionatında bu mövqedə oynayan daha yaxşı futbolçular var".
Qeyd edək ki, hazırda Azərbaycan millisinin sol cinahında Arif Daşdəmirov çıxış edir.
Son xəbərlər
Son Xəbərlər