Norveçin Müdafiə naziri Frank Bakke-Yensen koronavirus şübhəsi səbəbindən karantinə alınıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, nazirin yaxın zamana planlaşdırılan bütün ziyarətləri və görüşləri ləğv edilib. Bakke-Yensenin virus daşıyıcısı olub-olmaması analizlərdən sonra aydın olacaq.
Onda Covid-19 aşkarlanarsa, nazirlikdə yoluxmanın qarşısını almaq üçün xüsusi tədbirlər görüləcək.
Son xəbərlər
Son Xəbərlər