Notr-Dam kilsəsinin altından qədim məzarlar və heykəllər tapıldı

notr-dam-kilsesinin-altindan-qedim-mezarlar-ve-heykeller-tapildi
Oxunma sayı: 2870

Notr-Dam katedralının altında aparılan arxeoloji qazıntılar nəticəsində 13-cü əsrə aid heykəllər, qəbirlər və qədim kitabələrin parçalarından ibarət qeyri-adi bir xəzinə tapılıb.

“Qafqazinfo” “The Guardian” nəşrinə istinadən xəbər verir ki, tapıntılar Fransanın Milli Arxeoloji Araşdırmalar İnstitutu (INRAP) tərəfindən aşkar edilib.

Tapıntılara orta əsrlərə aid bir neçə qədim qəbir, yanğından dağıdılmış abidənin mərkəzində basdırılmış insan formalı qurğuşun tabut daxildir.

Mütəxəssislər hesab edirlər ki, insan formalı qurğuşun tabutda 14-cü əsrə aid yüksək vəzifəli kilsə məmurunun cəsədi ola bilər.

İnstitutun prezidenti Dominik Qarsiya DNT testləri də daxil olmaqla əlavə müayinələrin aparılacağını bidirib: “İnsan bədəninin olduğu tabut arxeoloji obyekt deyil. Bunlar insan qalıqlarıdır, araşdırarkən içindəki cəsədi və digər əşyaları təhlil edərkən bunu hörmətlə etməliyik”.

Nəşrin məlumatına görə, ən qeyri-adi tapıntılardan biri daşdan oyulmuş insan başının bütöv bir heykəlidir. Heykəlin İsanın təsviri olduğu düşünülür.

Aysel Naibova