Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması, yaralanması və evsiz qalması ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə yardım göstərilməsi davam edir.
“Qafqaznfo” xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən “Novas Aqro” MMC şirkəti zəlzələdən zərərçəkmiş şəxslərə dəstək məqsədilə Türkiyənin Daxili İşlər Nazirliyi Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) hesabına 200 000 TL ianə edib.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində 30 mindən çox insan vəfat edib, 100 minə yaxın insan yaralanıb, minlərlə insan evsiz qalıb. Bu məqsədlə Azərbaycanda fərdli şəxslər, o cümlədən yerli şirkətlər Türkiyəyə yardım marafonu keçirir.
Son xəbərlər
Son Xəbərlər