Növbə ilə tısbağanın belinə minib əyləndilər - Video

Növbə ilə tısbağanın belinə minib əyləndilər
Oxunma sayı: 1309

İndoneziyada yerli sakinlər nadir tısbağalardan birini tapıb onu növbə ilə miniblər. “Qafqazinfo”nun  məlumatına görə, baş verənlərin görüntüsünü “Daily Mail” nəşri yayımlayıb.

Kadrlarda yaşlı kişinin böyük tısbağanın üstünə oturub əylənməsi açıq-aşkar görünür. Digər kişi isə heyvanı itələməyə çalışır. Daha sonra ətrafda duran şəxslər də tısbağanı növbə ilə minməyə başlayır.

Videonun sonunda heyvan suya girsə də, insanlar ondan əl çəkmir. 

Yerli hakim dairələr baş verənləri hələ heç cür şərh etməyib.  

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi