“Qafqazinfo” federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yeniyetmə və gənc qızlardan ibarət yığma komanda 2014-cü il üçün nəzərdə tutulan təqvim planına əsasən bu turnirdə iştirak edirlər.
Böyük məşqçi Aslan Ağayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında heyətdə 12 idmançı yer alıb. Yeniyetmələrin yarışında Türkan Nəsirova (46 kq), Şəbnəm Əhmədova (49 kq), Leyla Qurbanova (52 kq) və Anita Kələntərova (70 kq), gənc qızların yarışında isə, Şəfəq Muradzadə, Anna Pavliv (hər ikisi 48 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (59 kq), Elmira Qəmbərova (63 kq), Dərya Korin (67 kq) və Raqnetta Qurbanzadə (72 kq) iştirak edəcək.
İqbal
Son xəbərlər
Son Xəbərlər