Növbədənkənar seçkilərlə bağlı qərar verildi -

novbedenkenar-seckilerle-bagli-qerar-verildi-
Oxunma sayı: 813


“Qafqazinfo”nun Anadolu Agentliyinə istinadən məlumatına görə, Ərdoğan görüş zamanı yeni hökumətin qurulmaması səbəbindən ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul etdiyini diqqətə çatdırıb.

Mətbuat üçün qapalı olan görüş 4 saatdan artıq davam edib.

Prezident avqustun 25-də Ədalət və İnkişaf Partiyasının sədri, baş nazir Əhməd Davudoğlunu qəbul edəcək.

“Qafqazinfo”