“Növbəti 5 il üçün iqtisadi strategiya hazırlanıb”

novbeti-5-il-ucun-iqtisadi-strategiya-hazirlanib
Oxunma sayı: 2061

Növbəti 5 il üçün Azərbaycan iqtisadiyyatının inkişafına dair strategiya hazırlanıb. 

“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edərkən deyib. 

Nazir müavini qeyd edib ki, 44 günlük Vətən Müharibəsindən sonra ölkənin iqtisadiyyatının perspektivi barədə geniş təhlillər aparılıb: "Azərbaycanda postmüharibə dövrü üçün iqtisadi prioritetlər müəyyənləşib. Artıq 2022-2026-cı illər üçün strategiya hazırlanıb və onun qəbul edilməsi gözlənilir".

Elnur Əliyev eyni zamanda bildirib ki, işğaldan azad edilmiş ərazilərə investisiyaların yatırılması üçün sistemli iş aparılır: "Artıq işğaldan azad olunan ərazilərin inkişafına dair müəyyən fikirlər var. Məsələn, Cəbrayıl logistik məkan olacaq. Kəlbəcərdə turizm inkişaf etdiriləcək. Şuşa isə mədəniyyət baxımından inkişaf etdiriləcək".

Eldar Tanrıverdi