Növbəti Aİ-Azərbaycan görüşünün vaxtı açıqlandı

novbeti-ai-azerbaycan-gorusunun-vaxti-aciqlandi
Oxunma sayı: 909

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev fevralın 27-28-də Brüsseldə keçiriləcək Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin iclasında iştirak edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva məlumat verib.

"Aİ-Azərbaycan Əməkdaşlıq Komitəsinin növbəti iclası fevralın 27-28-də Brüsseldə keçiriləcək. Nümayəndə heyətimizə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edəcək", - deyə L.Abdullayeva deyib.

XİN rəsmisi qeyd edib ki, iclas zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli, yeni saziş üzrə Azərbaycan-Aİ danışıqlarının vəziyyəti, Azərbaycanın "Şərq tərəfdaşlığı" proqramındakı rolunu müzakirə edəcəklər.

L.Abdullayeva həmçinin energetika, nəqliyyat, ticarət, təhsil və elm sahəsində əməkdaşlıq məsələlərinin də müzakirə ediləcəyini bildirib.